Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Xüsusi komissiya yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasında Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradılıb.
Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəlib.
Onun sözlərinə görə, lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyalar müşahidə olunur. Akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb. İclasda Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyasının tərkibi təsdiq edilib.
862 dəfə oxundu