Yanmış təyyarədən sağ çıxmış sərnişin lotereyada 1 milyon dollar uddu
Dubay hava limanında baş vermis yanğından bir həftə sonra təyyarənin sərnişinlərindən birinin bəxti üzünə gülüb. Onun lotereyada 1 milyon dollar udması barədə xarici KİV məlumat yayıb.
Məhəmməd Bəşir Əbdül Xadar "Boinq-777"dəki 300 sərnişindən biri olub. Xəbər verildiyi kimi, təyyarə Dubayda yerə enən zaman yanıb. Alov təyyarəni bürüyən kimi ekipaj üzvləri və sərnişinlər sağ-salamat təxliyyə ediliblər. Yanğının söndürülməsi zamanı yanğınsöndürənlərdən biri həlak olub.
Bu hadisədən altı gün ötdükdən sonra yanan təyyarənin sərnişini olan 62 yaşlı hindlinin lotereyada bəxti gətirib. Xoşbəxt 0845 saylı lotereya biletini əldə etmədən öncə hindli ailəsi ilə birgə Cənubi Hindistana necə səfər etməyi barədə düşünürmüş: “Mən Dubayda 37 il işlədim və həmişə hiss edirdim ki, bu mənim ölkəmdir. Hər zaman sadə həyat tərzi sürmüşəm, indi isə təqaüdə çıxmaq vaxtıdır”.
“Hiss edirəm ki, Allah mənə ikinci həyatı verdi, mən o qəzanı yaşadım. Bu pulla mənə xeyir-dua verdi ki, mən arta bilim, yaxşı işlər görə bilim. Bilirdim ki, Allah məni hansısa konkret hədəfə görə xilas etdi. Ehtimal ki, bu məhz odur”, - Məhəmməd Bəşir Əbdül Xadar əlavə edib.
Xoşbəxt bilet dörd ay əvvəl sonra çıxmaq istəyən hindliyə çatdı. İndi mükafatın sahibi, onun sözlərinə görə, vətənə qayıtmağa və köməyə ehtiyacı olanlara yardım etməyə hazırlaşır.
910 dəfə oxundu