Nazirlik İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsinə məxsus obyekti icarəyə götürür - 25 min manata...

  Nazirlik İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsinə məxsus obyekti icarəyə götürür -
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Gundeminfo.az Yeniavaz.com-a istinadən bildirir ki, açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN - 8700148382) icarəyə götürəcək.
İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək.
Məlumat üçün bildirək ki, Sarıməmmədov Röyal Tofiq oğlu eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəhbəridir. 1986-cı ildə anadan olan Röyal Sarıməmmədov 2011-2022-ci illərdə Xəzər, daha sonra Pirallahı Rayon İcra Hakimiyyətilərində nümayəndə müavini, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, başçının köməkçisi kimi müxtəlif vəzifələrdə dövlət qulluğu keçib. 3-cü dərəcəli dövlət qulluqçusudur. 15.03.2022-ci il tarixindən Pirallahı rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...