Sumqayıt Texnologiyalar Parkı belə talan olunur – İş adamı maxinasiyalardan yazır

Sumqayıt Texnologiyalar Parkı belə talan olunur –
Azərbaycanın ixrac yönümlü ən böyük sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkında(STP) yeni mənimsəmə faktlarının olması ilə bağlı məlumatlar yayılır.

AzToday.az xəbər verir ki, mediada STP-nin Təhcizat departamenti vasitəsi ilə həyata keçirilən maxinasiyalar barədə dəfələrlə məlumatlar yayılıb. Amma nədənsə, STP-də maxinasiyalar səngimir.

Redaksiyamıza daxil olan məlumatlara görə, son vaxtlar STP rədhbərliyi özünə yaxın olan şirkətlərlə işləməyə başlayıb. Məlumatda deyilir ki, STP-nin rəhbərliyində sonuncu dəyişiklikdən sonra absurd hadisələr baş verib:

“Bizim şirkət səkkiz ildən çoxdur ki, mütəmadi olaraq STP-yə müxtəlif məhsul və xidmətlər satmışıq. Sorğu göndərilirdi cavablayırdıq, sifariş almadığımız hallar olsa da, bir çox halda satış edə bilirdik. Yeni rəhbərlik gələndən sonra absurd hal o idi ki, satınalma rəhbəri olaraq yeni təyin edilmiş Seymur Hacıyev gələn kimi STP-nin çalışdığı bütün təchizatçılarla işi dayandırdı. BP və SOCAR kimi şirkətlərin belə tələb etmədiyi sənədlər istəməyə başladı. Soruşanda niyə belə edirsiniz, axı Azərbaycan heç kəs belə işləmir, qanunvericilik də tələb etmir. Seymur cavab verirdi ki, rəhbərlik belə istəyir, Azərbaycanda bizim kriteriyalara uyğun şirkətlər var və biz onlarla işləyəcik. Daha sonra rəhbərlik deyəndə Fuad Nəcəflini nəzərdə tutduğunu öyrəndik. Seymuru STP-yə Fuad Nəcəfli gətirdiyini və arxasında dayandığını dedilər. Və Seymur atdığı addımları Fuad ilə danışıb atırmış. Nəticədə STP yeni şirkətlərlə işləməyə başladı. Nədənsə bizdən tələb olunan sənədləri həmin şirkətlərdən istəmədilər. Bir müddət sonra bir neçə məhsul üçün bizə müraciət edib işləməyə başladılar. Yeganə təchizatçı biz olduğumuz üçün məcbur idilər. Amma bu dəfə bizdən əvvəl tələb etdikləri sənədləri istəmədilər.

Nəticə nə oldu? Nəticədə mediada Seymurun adı yeyinti ilə hallandı. Mediada 180 min yazılmışdı, amma məbləğ daha çox idi. Düzdür Seymur bu söhbətlərdən sonra işdən çıxarıldı, amma STP-nin satınalmasında heç nə dəyişmədi.
Seymurdan sonra STP-nin satınalmasına Rövşən İsmayılov adlı menecer gətirdilər. Onunla ilk görüşlərimiz müsbət keçirdi, hətta bir sıra sifarişlər də ala bildik. Demək olar ki, Rövşənlə işləri normallaşdırmağa başlasaq da, bəzən razılaşdığımız satışlar ləğv olunurdu ki, rəhbərlik fikrini dəyişdi. Bu təkcə bizimlə baş vermirdi. Digər şirkətlərdə eyni problemlər var imiş. Bunu son zamanlar vəziyyəti bir-birimizlə müzakirə etdikdən sonra öyrəndik. Hətta bir dəfə STP-nin işçilərinin daşınması üçün tender elan etmişdi. Tenderdə haqlı olaraq bir şirkət qalib gəldi. Daha sonra ləğv edildiyi qərarı verildi ki, rəhbərlik başqa şirkəti məsləhət görübmüş. İlk qalib gələn şirkət haqlı olaraq şikayətçi olacağını bildirəndə STP bildirdi ki, hər iki tərəfi razı salmaq üçün xidməti iki şirkət arasında bölüşdürdülər. Daha sonra məlum oldu ki, ikinci şirkət rəhbərliyin tanışının şirkəti imiş.

Bundan başqa STP-nin balansında milyonlarla dəyəri olan məhsullar var idi. Bu məhsulların satışı qanundan kənar və STP-nin ziyanına, bəzi insanların isə şəxsi marağına uyğun həyata keçirilir. Məsələn, STP balansında olan HOWO markalı yük maşını üzərində hazırladığı betonqarışdıran avtomobilləri satışa çıxarmışdı. Bizim fəaliyyət sahəmiz olmadığı üçün dostumuza bu haqda məlumat verdik və o proseslərdə iştirak etməyə başladı. Maşınların ən azı 90-100 min bazar qiyməti olardı. Nəticədə betonqarışdıranların 45 min manata satıldığını öyrəndik. Dostumuzun və rəqiblərin təklifindən daha aşağı qiymətə. Maşınların ucuz qiymətə satılması absurd kimi görünsə də, alıcının rəhbərliyə yaxın adam olması hər şeyi izah edir.

Bu yaxınlarda yeni satınalma direktoru Rövşən İsmayilovu da işdən çıxardılar. Öyrəndik ki, STP-də daxili audit keçirilib və xidmətində boşluqlar olduğu üzə çıxıb.

STP-də yeyinti və talan olduğu açıq aydın görünür. Bunun səbəbi satınalma rəhbərləri olubsa, onlar niyə cəzalanmayıb? Satınalmada yeyinti və inventarların satışından problemlər olan şirkətdə satınalmadan məhsul şəxslərin belə tez-tez işdan uzaqlaşdırılması başqa suallar doğurur. Görünür, yeyinti və talanda əli olan rəhbərlik şahidləri aradan qaldırır.

Sual ola bilər ki, nəyə görə talan olduğunu düşünürük? Bəlkə səriştəsizlikdir? Baxın STP rəhbərliyindəki şəxslər hətta pandemiya dövründə də çəkinmədən zənglinləşdiklərini göstərirdilər. İnsanlar işini itirmək qorxusu ilə stress yaşadıqları halda bunlar 400-500 minlik avtomobil alıb heç kimdən çəkinmədən STP-nin ərazisinin içində narahat fəhlələrin gözü qarşısında park edirdilər. Özlərinə yeni evlər villalar alıblar…”.

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Səslənən iddialarla bağlı STP rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...