Xəstələrinin dodaqlarını cürüdən kosmetoloq yenidən fəaliyyətə başladı - Onu Qənirə Paşayeva ilə nə bağlayır? (FOTO)
Bir neçə il öncə adı pasientləri ilə davada hallanan, onların dodaqlarını yandırıb, cürütməklə günahlandırılan kosmetoloq Elnarə Rzayeva yenidən fəaliyyətə başlayıb.
32gun.az xəbər verir ki, yenidən xəstə qəbuluna başlayan "həkim" bunlarla bağlı şəxsi "İnstagram" səhifəsində paylaşım edir.
Diqqət çəkən məqmlardan biri isə E.Rayevanın deputat Qənirə Paşayeva ilə olan yaxınlığıdır. Belə ki, "həkim"in sosial şəbəkədə paylaşdığı şəkildən məlum olur ki, deputat xanım ona rəsm tablosu hədiyyə edib.
Xatırladaq ki, 2018-ci ildə Gülçöhrə adlı xanım iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb. Belə ki, ona müraciət edən şəxslərin dodaqlarındakı suni geli əridəcəyi iynəni onların istəyi ilə dodaqlarına vurub. Bu prosedurdan bir müddət sonra xəstələrin dodaqları cürüməyə başlayıb.
Bildirilirdi ki, Elnarə Rzayevanın süni dodaq gelini məhv etmək, burunu kiçiltmək üçün vurduğu bir iynənin qiyməti 400 manatdır. Prosedurun 2 və ya 3 dəfə təkrarlanması mümkün olsa da, 400 manat bir seans üçün nəzərdə tutulur.
Bu hadisədə sonra həkimin ofisinin əlindən alınması xəbəri yayılmışdı.
Hətta xəstələrin görüntüləri mətbuata getdikdən və şikayətlərindən sonra Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarmışdı.
3340 dəfə oxundu