AMEA İşlər İdarəsinin sabiq müdiri oğlunun adına milyonluq obyekt tikdirir - SƏNƏD SƏNƏDLƏR
Son illər Dövlət Təhlükəsizlik Xidmətinin və digər hüquq mühafizə orqanlarının korrupsiyaya yol vermiş bu kimi məmurlara qarşı apardıqları mübarizə də belə halların bariz sübutudur.
Lakin dövlətin korrupsiyaya qarşı apardığı mübarizədən hələ də yayınan, vəzifədə çalışdıqları müddətdə özlərinə milyonlarla sərvət toplayan sabiq məmurlar hələ də var. Gundeminfo.az xəbər verir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə vəzifədə işlədiyi dövrlərdə özünə milyonlarla sərvət toplayan məmurlardan biri də AMEA İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevdir.
Belə ki, F.Abdullayevin paytaxtın giriş hissəsində - Sahil qəsəbəsində çoxsaylı, ümumi dəyəri 5 milyon manata yaxın olan obyektlər inşa etdirir. Fətəli Abdullayevin bu obyektləri oğlu Fatih Abdullayevin adına rəsmiləşdirib.
AMEA İşlər İdarəsinin sabiq müdirinin inşa etdirdiyi ümumilikdə doqquz obyektin ən böyüyü iki mərtəbəli ofis binasıdır. Bu binanın ümumi tikinti sahəsinin 2500 kv metrə yaxın olduğu bildirilir.
Sabiq müdirin inşa etdiridiyi obyektlər 48 kv metrlik, bir mərtəbəli qeyri-yaşayış binası, 45 kv metrlik bir mərtəbəli qeyri-yaşayış binası, 64 kv metrlik bir mərtəbəli qeyri-yaşayış binası, ümumi sahəsi 1200 kv metrə yaxın olan bir mərtəbəli, zirzəmili ticarət mərkəzi, ümumi sahəsi 750 kv metrə yaxın 2 mərtəbəli qeyri-restoran, ümumi sahəsi 2500 kv metrə yaxın ikimərtəbəli ofis və ticarət mərkəzi və ümumi sahəsi 3 min kv metrə yaxın 1 mərtəbəli, zirzəmili ticarət obyekti yer alır.
Qeyd edək ki, Fətəli Abullayev 2013-2020-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin müdiri vəzifəsində çalışıb. Onun bu illər ərzində müxtəlif lotlar üzrə tenderlər keçirərək özünə və yaxın qohum-tanışlarının adlarına rəsmiləşdiridiyi çoxsaylı MMC-lər vasitəsilə dövlət vəsaitlərini mənimsədiyi iddia edilir. İddialara görə tenderlərdə dövlət vəsaitinin mənimsənilməsində əsas rol oynayan MMC-lərdən biri də F.Abdullayevin yaxın qohumunun adına olan "Lətifoğlu" MMC-dir.
Bu MMC-nin bir gündə AMEA-nın İşlər İdarəsindən milyondan artıq tender udduğu barədə mətbuatda məlumatlar yer alıb.
Məsələ ilə bağlı Fətəli Abdullayev açıqlama vermək istəmədi.
3887 dəfə oxundu