GORANBOYDA YAP-IN KOMANDASI YARIŞDAN QOVULDU – Heydər Əliyevin ad gününə həsr olunan futbol yarışında qalmaqal yaşanıb
Goranboyda mərhum dövlət başçısı Heydər Əliyevin ad günü münsaibətilə təşkil olunan futbol yarışında qalmaqal yaşanıb. Hurriyyet.az-a bu haqda məlumat verən mənbənin sözlərinə görə, hadisə aprelin 20-də, yəni turnirin açılış mərasimində baş verib.
Məlumata əsasən, hələ yarışdan əvvəl Goranboy İcra Hakimiyyəti tərəfindən rayondakı bütün idarə və müsəssisələrə göstəriş verilib ki, Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə iştirak etmək üçün hərə öz komandasını hazırlasın. Təbii olaraq, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatı da qatılmaq haqda qərar verib. Lakin partiya üzləri arasında futbol oynamağı bacaran gənclər olmadığından, sədr Elçin İsmayılovun tapşırığı əsasında YAP rəhbərliyi yarışa “lipa” oyunçular cəlb edib.
Mənbə deyir ki, yarışın açılışı günü hakim partiyanın saxtakarlığı aşkara çıxarıldığından, turnirin təşkilatçısı Elşad Həsənov hakim partiyanın komandasını qovub. Bu zaman isə, tərəflər arasında qalmqal yaşanıb.
Yeri gəlmişkən, mənbə Heydər Əliyevin ad günü münsaibətilə təşkil olunan futbol turnirinin təşkilatçısı haqda da maraqlı faktları açıqlayıb. Bildirilir ki, Goranboy rayonundakı idman kompleksinin direktoru olan Elşad Həsənov rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavininin əmisi oğludur. Məlumata əsasən, Elşad Həsənov hərbi xidmətdə olmasa da, eləcə də idman sahəsi ilə yaxında-uzaqdan hər hansı əlaqəsi olmasa da, vaxtilə əmisi oğlunun dəstəyi ilə idman kompleksinin direktoru vəzifəsinə təyin olunub.
2460 dəfə oxundu