Dövlətdən milyonlar alan “Tender kralı – Hacı Qurban” vergi borcuna görə məhkəməyə verildi

Dövlətdən milyonlar alan “Tender kralı –
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi “Halal İnşaat” MMC-ni məhkəməyə verib.

Gundeminfo.az AzToday.az-a istinadən xəbər verir ki, bu barədə şirkət Şirvan Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, nazirlik vergi ödəmələri barədə tələb irəli sürüb.

İddia hakim İlqar Cabbarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, “Halal İnşaat” faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur.

Belə ki, Salyanda “Hacı Qurban” kimi tanınan iş adamının sahibi olduğu, illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Sevinc 96” MMC faktiki və “A+B OİL Servis” MMC adlarında da şirkətləri olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...