Şəmkirin gənc başçısından Alimpaşa üsulu… – Belə hara qədər gedəcək?..
“Bəzi yaramaz icra başçıları həm özlərini, həm də hakimiyyəti biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul tələb etməsi, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması Allahsızlıqdır və şübhəsiz, onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın”.
Bu fikirlərin müəllifi Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, məmurlar sadə insanların qayğısına qalmalı, onlara xidmət etməlidirlər. Çox təəssüflər olsun ki, Prezidentin bu tövsiyyəsini yerinə yetirən məmurlar çox azdır. Mərkəzdə bu hal qapalı olsa da, bölgələrdə daha qabarıq hiss olunur.
Cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə apardığı indiki vaxtda vətəndaşlara qarşı bəslənən haqsız münasibətlər ciddi narazılıq yaradır. Belə haqsızlıqla mərhum veteran Quliyev Nəsimi Ramazan oğlunun ailəsi də qarşılaşmışdır. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva və aidiyyəti orqanlara müraciət edən Şəmkir rayon, C.M.Quluzadə küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan Bədəlova Səadət İsə qızı bu haqda redaksiyamıza ünvanladığı məktubunda yazır:
“Möhtərəm cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, 1 və 2-ci Qarabağ müharibəsi veteranı olan Quliyev Nəsimi Ramazan oğlu 1998-ci ildən 01.01.2022-ci ilə qədər (Bu tarixdə qəfil vəfat edib) təcili yardım stansiyasında sürücülük vəzifəsində işləyib. İşlədiyi müddətdə maşında texniki nasazlıq olanda həyat yoldaşım öz hesabına təmir etdirirdi(analoji hal bütün sürücülərə aiddir).
Həyat yoldaşım rəhmətə gedəndən sonra Şəmkir rayon Mərkəzi Xəstəxanasının sığorta direktoru Emin İsmayılova müraciət etdim ki, həm ailəmizə bir təsəlli kimi, həm də maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün (ailədə işləyən bir mənəm) oğlum Quliyev Ramazanl həyat yoldaşımın yerinə təyin etsin. O, “olmaz” dedi.
Qeyd edim ki, oğlum Quliyev Akşın 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Digər oğlum Quliyev Babək isə hal-hazırda mənfur düşmənlərimiz ermənilərlə həmsərhəd olan Zəngilanda xidmətini davam edir.
Mən Emin İsmayılovun verdiyi cavabdan çox məyus oldum ki, veteran ailəsinə belə laqeyd və ögey münasibət bəslədilər. 12.04.2020-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Tağıyev Rəşad cənablarına müraciət etməyə gedəndə, gördüm ki, Emin İsmayılov icra başçısının yanındadır. Mən cənab başçı Rəşad Tağıyevə müraciətimi bildirdikdə, o, Emin İsmayılovua sual verdi ki, “həkim, bu qadının həyat yoldaşının yerinə oğlunu təyin etmək olarmı”. Emin İsmayılovun cavabı konkret olaraq “yox” dedi(çox əsəbi halda). Cənab başçı isə, “həkim nə dedisə, odur” dedi.
Mən icra başçısının bu cavabından 2 qat məyus oldum və həmin an düşündüm ki, görəsən, Şəmkir kimi strateji əhəmiyyətli rayonunun başçısı Emin İsmayılovdur, yoxsa Rəşad Tağıyev?
Cənab Prezident!
İcra başçısından həmin cavabı eşitikdə qan təzyiqim qalxdı, oğlanlarım çox məyus olaraq, qoluma girib məni evə apardılar. Həyat yoldaşı vəfat etmiş, qızım Əminə və bir övladı da mənim himayəmdədir. Sizdən xahiş edirəm ki, bizə (müharibə veteranı ailəsinə) qarşı laqeyd, qeyri-insani münasibət bəsləyən bu məmurların bizim ailəmizə, eləcə də Şəmkir sakinlərinə qarşı bu cür ögey münasibətinin qarşısını alasınız. Axı, mənim mərhum həyat yoldaşım birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı olub…”.
Yeri gəlmişkən, məlumatlı şəxsin bildirdiyinə görə, Rəşad Tağıyev ilə Emin İsmayılov öz məkrli planlarını yerinə yetirmək üçün Quliyev Nəsiminin yerinə təyin etdiyi Rzayev Muxtar Abdulla oğlu II qrup əlildir (astma xəstəsidir). Belə bir xəstə insanı təcili yardım maşınına sürücü təyin etmək olarmı? (hurriyyet.az)
1529 dəfə oxundu