Ağcabədinin başçısı Rafil Hüseynov Novxanıdakı 10 milyonluq villanı hansı pulla tikdirib ?- Bağçalardaki uşaqların payını yeyən icra başçısı …
Ağcabədinin icra başçısı Rafil Hüsenovun 100 illik maaşı= 1500m x12 ay x 100 İL = 1.8 milyon
Adətən məmur-media çəkişmələrində bir məqamın şahidi oluruq.
Məmurlar adətən şərəf, ləyaqət, işgüzar nüfuz məsələsini ön plana çəkirlər.
Birincisi, məmur ictimai-siyasi fiqur olduğu üçün vətəndaş şikayətləri əsasında hazırlanmış hər hansı yazıya görə, şərəf və ləyaqət, yaxud işgüzar nüfuz-filan davası aça bilməz.
İkincisi, ən çox rast gəlinən hal odur ki, iddiaçı məmur əsas faktlardan çəkinir və məhkəməyə absurd arqumentlərlə müraciət edir.
Məsələn, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov barəsində az qala ölkə mediası yazır ki, onun Novxanıda 10 milyon dəyərində villası var.
Görəsən, Rafil Hüseynov niyə bu illər ərzində bircə dəfə də olsun məhkəməyə müraciət edib, bu faktı yayan mediaya qarşı cəza tələb etmir ?
Problemin əsas mahiyyəti məhz burada gizlənib.
Rafil Hüseynov kimi məmurlar bilir ki, bu tip məsələ ilə bağlı iddia qaldırılsa, bunun ucu çox uzaqlara gedib çıxacaq və cidanı çuvalda gizlətmək olmayacaq.
Ortaya xeyli sayda suallar və cinayət əməlləri çıxacaq.
Bütün ölkə mediası soruşacaq ki, ay Rafil Hüseynov, sən dəyəri 10 milyon olan villanı hansı pulla tikdirmisən. Qalan bütün əmlakını, avtomobillərini, evlərini, fermalarını, ticarət obyektlərini və s qoyaq bir kənara və müzakirə mövzusu bu villa olsun.
Axı, sən dövlətdən 1000-2000 manat arasında maaş alırsan.
Sən və sənin ailə üzvlərin bunu yeməsə, içməsə, hətta paltar əvəzinə sən əncir yarpağından istifadə etsən belə, yəni aldığın maaşı xərcləməsən...1 milyon edə bilməz.
Çünki sənin aldığın maaşı aylara vursaq ( təxminən ildə 20 min ), onu da hətta 100 İLƏ vursaq, heç 2 MİLYON etmir.
Bəs 10 milyona villanı necə tikdirmisən, ay Rafil ?
Səninlə bağlı 100-lərlə bağça əməkdaşı ölkə rəhbərliyinə müraciət edir, öz hüquqlarının pozulduğunu qeyd edirlər.
Bunu Gündəlik-Bakı etmir e, sənin rəhbəri olduğun rayonun sakinləri edir. Bunu niyə məhkəmə predmetinə çevirmirsən ?
Çünki bilirsən ki, bu məsələni mübahisələndirsən, səndən soruşaqcaqlar ki, sən kimsən ki, Təhsil nazirinin səlahiyyətini mənimsəyirsən ?
Sən kimsən ki, Dövlət İmtahan Komissiyasının sədri Məleykə Abbaszadənin əvəzindən imtahan-test keçirisən, suallar tərtib edirsən ?
Ay Rafil, sənin kimi icra başçılarının əməllərinə görə, bizim yazılardan sonra möhtərəm Prezidentimiz uşaq bağçalarının tabeçiliyini sənin kimi icra başçılarından alaraq Təhsil Nazirliyinə verdi.
Sənin özünü sorğu-suala çəkmək lazımdır, sən kimsən təhsil işçilərini sorğu-sual edirsən ?
Heç kimə sirr deyil ki, rayondakı xeyli sayda uşaq bağçası, 100-lərlə tərbiyəçi, müəllim, xadimə, texniki işçilər və s sənin kimi icra başçılarına hər ay on minlərlə gəlir gətirirdi.
Biz Gündəlik-Bakı olaraq konkret şəxslərin yazılı, audio müraciətlərini dərc etmişik. Niyə onları məhkəməyə vermirsən ?
Bilirsən ki, hamısı yaxandan yapışıb pullarını tələb edəcəklər.
Biz hələ qəzet-jurnal, kitab adı altında məktəb və bağça işçilərindən tutulan aylıq pulları demirik.
Ay Rafil Hüseynov, rayondakı sahibkarlara, iş adamlarına zülm verməyin bir yana...
Sən bağçalardakı körpə balaların da yeməyinə göz dikmisən.
Bəli, uşaq bağçalarının ərzaq və qida təchizatı ilə bağlı sövdələşmən hamıya bəllidir.
Bəlkə, sənə dəqiq ünvanı deyək ?
“Soyuducular” deyilən ərazi, MERO-nun yanı yadından çıxıb, Rafil Hüseynov ?
Yadından çıxıbsa, yadına salarıq.
Həmin məkanda nə qədər uşağın payını, ərzağını daşıyıb satdırmısan ?
Sonda bir daha, 10 milyonluq villa məsələsinə qayıtmaq istəyirik.
Ay Rafail Hüseynov, cənab Prezidentimiz də öz çıxışlarında dönə-dönə harınlamış məmur problemini gündəmə gətirir. Çünki bu reallıqdır.
İndi sənə üz tutaraq deyir ki, Novxanıdakı 10 milyonluq villanla bağlı yazdıqlarımız yalandırsa, bizi ver məhkəməyə. Sənə guya böhtan atmağımızla bağlı sənin dediklərin yalandırsa, onda....
1968 dəfə oxundu