Aliyə Nazarbayeva Londonda malikanələri niyə alıb? - 325 milyon dollarıq səhm və vətəndaşlıq...

Aliyə Nazarbayeva Londonda malikanələri niyə alıb? -

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva Böyük Britaniyada yaşamaq icazəsi almaq üçün 2006-cı ildə Londonun şimalında, Hayqeyt ərazisində malikanə alıb.

Bizimxeber.az bildirir ki, bu 41 yaşlı Aliyə Nazarbayevanın Qazaxıstan Respublikası ərazisindən 300 milyon dollar çıxarmasından sonra ən əhəmiyyətli alışlardan biri olub. Ev ona 8,75 milyon funta başa gəlib. O, Dubayda ev almaq üçün daha 14 milyon dollar xərcləyib. Elbasinin qızı həmçinin 18 milyon funta "Bombardier Challenger" təyyarəsi alıb.

“The Telegraph” yazır ki, bu məlumat Aliyə Nazarbayevanın iki maliyyə məsləhətçisi ilə münaqişəsindən sonra məlum olub. O, onları vicdansızlıqda, vəsaitlərin mənimsənilməsində, dələduzluq etmək üçün sui-qəsddə və fidusiar vəzifələrin pozulmasında ittiham edib.

Məlumata görə, 2006-cı ildə Aliyə Nazarbayeva sərəncamında olan səhm paketlərinin bir hissəsini sataraq təxminən 325 milyon dollar əldə edib. Maliyyə məsləhətçilərinin xidmətlərindən istifadə edərək Lixtenşteyndə fond yaradıb və öz məsləhətçilərinə 150 ​​milyon dollar etibar edib. Daha sonra Elbasının qızı məsləhətçiləri müqavilələri pozmaqda və onun vəsaitindən əlavə gəlir əldə etməkdə ittiham edib.

Daha sonra tərəflər 165 milyon funt sterlinqlik iddianı məxfi razılaşma ilə həll edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...