Dövlət Neft və Sənaye Universiteti QAZİ tələbəsini pula görə Universitetdən qovur - ŞOK OLAY

Dövlət Neft və Sənaye Universiteti QAZİ tələbəsini pula görə Universitetdən qovur  -

Vətən Müharibəsi iştirakçısı olan qazimiz Yarməmmədov Əsgər Gəray oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. Könüllü olaraq ağır döyüşlərdə iştirak edən Əsgər Yarməmmədov bu döyüşlərdə bir dəfə də yaralanıb.

Vətən Müharibəsi başladığı ilk günlərdən gizir rütbəsində, bölük komandirinin müavini vəzifəsində xidmət edən qazimiz oktyabrın 8-də Füzuli rayonu Alxanlı kəndi istiqamətində yaralanıb. Qapalı kəllə-beyin travması ilə müalicə olunduqdan sonra yenidən döyüşə qayıdan qəhrəmanımız, müharibənin son gününə kimi ön cəbhədə döyüşüb.

Tələbə ola-ola döyüşə qatılan qazimiz oxuduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyindən narazıdır. Universitetin tək qazisi olan Əsgər Yarməmmədov bu günə qədər bir dəfə də olsun Universitet rəhbərliyi tərəfindən qəbul edilməyib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin adına yazılacaq daha bir ayıb isə, yaralı olan Əsgərdən rəhbərliyin ödəniş haqqı davasıdır. Universitet rəhbərliyi qazimizə bildirib ki, dekabrın sonuna qədər Universitetə borclu olduğu təhsil haqqını ödəməsə təhsil müəssiəsindən qovulacaq. Yüzlərlə dahinin təhsil aldığı bu elm ocağı bir qazisinə sahib çıxmağa acizdirmi?
Və yaxud 44 günlük Vətən Müharibəsində isti kabinetində oturan rektor Mustafa Babanlı öz tələbəsi və yaxud onun ailəsi ilə maraqlanıbmı?

Suallar çoxdur. Yəqin ki, Universitet rəhbərliyi tezliklə bu suallara aydınlıq gətirəcək.

Alp.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...