Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları -
Ölkənin təhsil sistemində aparılan islahatlara baxmayraq, hələdə bir çox təhsil ocaqları "köhə qayda"larla işlərini davam etdirirlər. Belə təhsil ocaqlarından biridə Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdir.

"Azərbaycan Reallığı" saytına daxil olan məlumata görə, 248 saylı məktəbin direktoru Xəyyam Fərəcov yenə də "köhnə qayda"larla işlərini davam etdirir. Belə ki, məktəbdə bir çox müəllimlərin dərs saatlarının şişirdildiyi və təhsil alan şagirdlərin əksəriyyətinin dərslərə qatılmadığı bildirilir.

Məlumatda qeyd edilir ki, məktəbin rus rektorunda təhsil alan şagirdlərin əksəriyyətinin sadəcə jurnalda adları mövcuddur. Həmin şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getdikləri üçün dərslərə qatılmırlar və bunun üçündə məktəb rəhbərliyinə aylıq ödəyirlər.

Məlumatda vurğulanır ki, adı olub özü olmayan şagirdlərdən alınna aylıq məsələsinə direktorun müavini Reyhanə Qurbanova nəzarət edir. Həmçinin dərs saatları şişirdilən müəllimlərlə danışıqların aparılmasıda direktor müavinə həvalə edilib.

Bildirilir ki, direktor Xəyyam Fərəcov məktəbdə baş verənlərin gizli saxlanılması üçün bütün müavinləri ilə məcburən anlaşıb. Yəni məktəb direktoru dərs saatlarının şişirdilməsinə və jurnallarda adı olub özü olmayan şagirdlərin olmasına göz yuman müavinlərə də müəyyən "şərait"lər yaradıb.

Bildirək ki, 248 saylı məktəb uzun müddət ölkə mətbautın gündəmindən düşməyib. Həm keçmiş direktor Əsli Quliyeva həmdə hazırkı direktor Xəyyam Fərəcovla bağlı müxtəlif məlumatlar, şikayətlər dərc olunub. Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...