Nizamidə Arif Qasımovdan miras qalan "iş adamı" - Ramin Əhmədovla bağlı ilginc iddalar

Nizamidə Arif Qasımovdan miras qalan "iş adamı" -
Azərbaycanda özünü Ceyms Bond kimi aparan məmurlar az deyil. Onlar üzdə az görünür, arxada çox iş görürlər. Amma həyata keçirdikləri əməllər xoş niyyətə xidmət etmir, öz mənafeyinə qulluq edir. Biri elə vaxtilə YAP-ın Nizami rayon təşkilatında sədr müavini olmuş Ramin Əhmədovdur. Bakının Nizami rayonunu xaraba günə qoyandan sonra məskənini dəyişdi. Həmin dövrdə Nizami rayon icra başçısı olmuş Arif Qasımovun "krişası" altında eləmədiyi qanunsuzluq qalmayan Ramin Əhmədov elə sonuncu hadisədən sonra "dabanına tüpürüb qaçdı". Paytaxtın Qara Qarayev prospektini başdan-başa şumlayan, yaşıllıqlara "divan tutan", səkiləri belə ələ keçirən Ramin Əhmədov sabiq başçının himayəsi altında həmin ərazilərdə obyektlər, mağazalar tikdi, bu gün də o ağacların, səkilərin yerində dükan, kafe, ticarət mərkəzi fəaliyyətdədir. Yəni "asta qaçan namərddir" deyib Nizami rayonunda aradan çıxan Ramin Əhmədov ara sakitləşəndən sonra yenə öz ampluasındadır, həmin obyektləri də idarə edir, aylığını yığmaqdadır. Sadəcə, onun və keçmiş başçının səbr kasasını daşıran sonuncu qanunsuz hərəkəti Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İDEYA layihəsinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkı zəbt etmələri, Arif Qasımovun oğluna parkda kafe açması oldu. Hətta məsələ barədə AzTV reportaj yayımladı və çox çəkmədi ki, Prezidentin sərəncamı ilə Arif Qasımov Nizami İH rəhbəri postundan qovuldu. Elə bunun ardınca Ramin Əhmədov qəhətə çıxdı. Çünki "Neftçilər" metrosunun ətrafında qətliam etmədiyi yaşıllıq qalmamışdı. Görün qudurğanlıq hansı həddə çatmışdı ki, özlərində "cəsarət" tapıb Leyla xanımın təşəbbüsü ilə salınan parkı da çayxanaya çevirməyə əl atmışdılar...
Anaxeber.info bildirir ki, bir müddət gözdən itən və medianın gündəmindən iraq olan Ramin Əhmədov daha sonra Yasamal rayonunda "zühur etdi". Ramin Əhmədov sakitlik çökən kimi Nizamidəki əməlləri Yasamalda davam etdirməyə başladı. Görünür ki, belə şəxslər heç cür islah olmur. Eyni yolu gedən Ramin Əhmədov Yasamalda da özünə dəstək tapıb. Yəni bu rayonun icra başçısı Elşad Həsənovun himayəsi altında indi onsuz da yaman günə qoyulan Yasamalı lap xarabazara çevirir. Gələn xəbərlərə görə, Əhmədov Yasamalda yaşıllıq tapa bilmir, çünki çoxu kəsilib və binalar tikilib, ona görə də tək-tük ağaclıq qalıb ki, onların canına düşüb.
Ona görə də Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdisə, indi Əhmədov sayəsində Yasamal ön plandadır. Nəticə odur ki, Ramin Əhmədov gözə girməməyə çalışır və beləcə oliqarxa çevrilməyi bacarır. Hazırda Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov hələ də parlamentə ümidlidir.
Halbuki onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, Ramin Əhmədov 2017-ci ilin noyabrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığındakı “Dakar” meydanında öz avtomobili ilə “”əVAZ-2107”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayıldı. Yəni Əhmədov bu qədər baş verənlərə, Nizami rayonunda ağacların qətlinə görə məsuliyyətdən yayınaraq bu işləri Yasamalda genişləndirir. Görək, "dur" deyən tapılacaqmı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...