Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Göytəpə meşəsində "soyqırım":
Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb.

Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib.



Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir.

Son günlər, konkret 20 gün ərzində sözügedən dolayda minlərlə ağac kəsilib. İddia edilir ki, ağaclar yerli ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə məhv edilib.



İddiaya görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi meşələri məhv etdirməklə biznes maraqlarını həyata keçirməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.



Qeyd edək ki, bu ilin yanvar ayında da Cəlilabad rayonun Göytəpə şəhərinin meşələrində nadir ağac cinslərindən olan ağaclar kəsilib. Həmin hadisədə də günahkar kimi yerli ekologiya idarələrinin əməkdaşlarının adı çəkilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...