Qoşqar Təhməzli “Ovqat” şirkətini niyə yoxlatmır: dostluq əlaqələri, yoxsa?

Qoşqar Təhməzli “Ovqat” şirkətini niyə yoxlatmır:
Qida Təhlükəsizliyi Agentliyi ölkədə kolbasa-sosiska istehsal edən sahibkarlar arasında ayrı-seçkilik edir.

Bu barədə “Qlobal.az”ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Agentlik bir sıra kolbasa-sosiska istehsal edən müəssisələrdə yoxlamalar aparsa da, nədənsə sosial şəbəkələrdə ən çox şikayətlər edilən bəzi müəssisələri yoxlamır.

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi “Səhliyalı”, “Sevilən ad”, “Mir 2016”, “Ovçular Ət və Ət Məhsulları” kimi müəssisələrdə yoxlamalar apararaq qanunsuzluqlar aşkarlamışdı.

Agentlik bu müəssisələrin istehsal etdiyi sosiska və kolbasalarda təhlükəsizlik göstəricilərinə uyğunsuzluq və üzərində göstərilən qidaların məhsulda olmadığını müəyyən edib.

Maraqlıdır ki, Qida Təhlükəsizliyi Agentliyi əhali tərəfindən dəstəklənən bu addımını kolbasa-sosiska istehsalçıları arasında ən çox şikayət olunan “Ovqat” şirkətində davam etdirməyib.

Qida Təhlükəsizliyi Agentliyinin “Ovqat” şirkətində yoxlama aparmamaq istəməsinə səbəb kimi isə istehsalçı şirkətin rəhbərliyi ilə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin xüsusi münasibətlərinin olmasıdır.

Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin “Ovqat” şirkətinin adığı təmizə çıxarmasının arxasında məhz Agentliklə şirkət rəhbərliyinin arasında olan maraq və münasibətlərə görədir.

“Ovqat” şirkətinin istehsal etdiyi kolbasa-sosiska məmulatlarının əsasən ölmüş heyvan ətlərindən hazırlandığı, məhsullara suda məhlullaşdırılmaş karton vurğu bildirilir.

Eyni zamanda, şirkətin “halal məhsul” adı altında satdığı məhsullarda donuz əti və piylərindən də istifadə edildiyi iddialar arasında yer alır.

Mövzu ilə bağlı adıçəkilən qurumlar mövqe bildirmədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...