Göyüşovun şirkəti məhkəməyə verilib - Gömrük “Körpü-Bina-Tikinti“ MMC-dən nə istəyir?
"Körpü-Bina-Tikinti" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib. Bu protokol İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə irəli sürülüb.
“AzPolitika” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddasinə görə, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər 500-750 manatadək məbləğdə, vəzifəli şəxslər 800-1200 manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanovun icraatındadır.
Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC-nin sədri tanınmış iş adamı Xəlil Göyüşovdur. Onun şirkəti indiyə qədər yüzlərlə milyonluq tenderlər udub, dövlət layihələri ala bilib. Bununla yanaşı, iş adamının ölkə daxilində və xaricindəki biznesi ilə bağlı mətbuatda bir çox tənqidi materiallar dərc edilib.
Məsələn, araşdırmaçı jurnalist Cavanşir Həsənli Göyüşovun Almaniyadakı biznesi barədə yazıb və qeyd edib ki, onun Almaniyada Hamburqun mərkəzində iki bahalı oteli var. Jurnalist iddia edib ki, Göyüşov 2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb.
590 dəfə oxundu