Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?

Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar ötən il Baş Prokurorluğa müraciət edib. Dövlət Xidmətinin müraciətinə səbəb dövlət satınalmalarına təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələrin müəyyən edilməsi idi.

Qlobal.az xəbər verir ki, Baş Prokurorluğa edilən müraciətdə sənədləri saxtalaşdıran şirkətlərin sırasında "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var.

"Ağ Naftalan" MMC 2007-ci ilin oktyabr ayında təsis edilib.

Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?


Şirkətin hüquqi ünvanı Goranboy rayonu Şəfəq kəndi, qanuni təmsilçisi isə Zamanov Volodya Nadir oğludur.

Rəsmi səhifəsində yazılan məlumatlara görə "Ağ Naftalan" MMC kommersiya-istehsalat və xidmət sahələrində fəaliyyət göstərir.

Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?


"Ağ Naftalan" MMC dövlət satınalmalarında da aktiv iştirak edən təşkilatlardandır.

Əsasən Suvarma Sistemləri İdarələri ilə əməkdaşlqı edən şirkətin 2022-ci ildə 4 lot üzrə qalib elan edildiyi tenderlərin ümumi məbləği 497.508 manat təşkil edib:

1. Sifarişçi təşkilat - Tovuz rayon Suvarma Sistemləri İdarəsi

Lot - Əyyublu kəndində 03/252A, 03/230, 03/120A, 03/124A, 03/156, 03/257, Aşağı Quşçu kəndində 03/BN66 və Düz Qırıqlı kəndi 03/157 reper nömrəli subartezian quyularının (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri), təmiri işinin layihə-smeta sənədlərinin hazırlanması və Əyyublu kəndində 03/252A, 03/230, Aşağı Quşçu kəndində 03/BN66 əsaslı təmiri işlərinin satınalınması

Məbləğ - 88.552

2. Sifarişçi təşkilat - Tovuz rayon Suvarma Sistemləri İdarəsi

Lot - Arxların lildən təmizlənməsi işinin satınalınması

Məbləğ - 229-687

3. Sifarişçi təşkilat - Samux rayon Suvarma Sistemləri İdarəsi

Lot - LOT_4 - 4 ədəd artezian quyusunun əsaslı təmiri və layihə sənədlərinin hazırlanması işləri

Məbləğ - 119.652

4. Ağstafa Suvarma Sistemləri İdarəsi

Lot - S.Vurğun qəsəbəsində 01/14 və Dağ Kəsəmən kəndində01/232 reper nömrəli subartezian quyusunun(yeni quyu kolonunun qazılması,elektrik təsərrüfatının təmiri,su sayğacının quraşdırılması,layihə smeta sənədlərinin hazırlanmsı) və abadlıq işləri (2 ədəd)

Məbləğ - 59.617

"Ağ Naftalan" MMC-nin rəsmi səhifəsində şirkətin "ağ naftalan yağı, "sulnaftal", "kosmetik qoruyucu krem", "holekol" kimi məhsulların satışı ilə məşğul olduğu yazılıb.

Şirkət istehsal etdiyi məhsullarını Ukrayna bazarlarına da çıxarıb.

Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?


Rəsmi səhifəsində əcza qrupun olduğunu qeyd edən şirkətin fəaliyyət sahəsi daha genişdir. Belə ki, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, təmir və restavrasiya işləri, su təchizatı sistemlərinin layihələndirilməsi və tikintisi, artezian su quyularının qazılması və istifadəyə verilməsi, binadaxili elektrik və maqistral elektrik xətlərinin çəkilişi, naftalan mənşəli dərman vasitələrinin istehsalı və aparılması üşün lisenziya tələb olunmayan bir çox digər işlər gördüyünü yazır.

"Ağ Naftalan" MMC rəsmi səhifəsində Səhiyyə Nazirliyi, Azərsu ASC və Azəriqaz İstehsalat Birliyi kimi qurumlarla iş birliyi yaratdığını qeyd edir.

İlginc məqamlardan biri isə yarım milyonluq satınalmada qalib elan edilən "Ağ Naftalan" MMC-nin vergi mükəlləfiyyətini yerinə yetirməməsidir.



Belə ki, hazırda "Ağ Naftalan" MMC-nin dövlətə 15.433 manat vergi borcu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...