Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir VİDEO

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir
Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edib.

AzToday.az xəbər verir ki, Rəvan Mustafayev Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecindəki baş-alıb gedən korrupsiya hallarından şikayət edir.

Onun sözlərinə görə, nazirlik səviyyəsində komissiya yaradılıb kollecdə tam, hərtərəfli və obyektiv yoxlama aparılmalıdır:

“Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təxminən 1200 tələbə təhsil alır. Ancaq həmin tələbələrin əksər hissəsi (80 %) dərsə gəlmir. Tələbələrin 98 %-nin biliyi sıfır səviyyəsindədir ki, bu böyük biabırçılıqdır. Bunu subut etmək üçün kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş komisiya tərəfindən mütləq yoxlanılamlıdır. Belə edilərsə, bu fakt tam subut olacaq.

Nəzarət olmadığı üçün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində imtahanlar rüşvətlə aparılır. Bilik səviyyəsi sıfır davamiyyəti isə olmayan tələbələr rüşvət verib imtahandan yüksək qiymətlə keçə bilirlər.
Həttda elə tələbələr var ki, dərs oxuyur davamiyyəti var ancaq rüşvət vermədiyi üçün imtahandan qanunsuz olaraq kəsilib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb. Şahin Əliyevin korrupsiya şəbəkəsinə özünə yaxın müəllimlər daxildir ki, hərəsi bir neçə tələbəni rüşvət hesabına himayə edirlər. Həmin tələbələr dərsə gəlmədən bilik səviyyəsi sıfır olsada imtahandan yüksək qiymətlə keçirlər. Hətta həmin tələbələrə yüksək təqaüd də təyin edilir. Kollecdə öz ixtisası üzrə bilik səviyyəsi sıfır olan tələbə gələcəkdə necə kadr ola bilər?

Bu isə ölkə təhsilinə ağır zərbələr vurur gələcəyini məhv edib və kadr patensialını tükəndirir.

Kollecin müəllimlərinin çoxu evlərində kirayə saxladıqları tələbələrin hamısı imtahandan keçiblər. Çünki onları evini kirayəyə verən müəllimlər himayə edirlər.

Direktor Şahin Əliyev pul verib rəhbəri olduğu Kollec haqqında təriflər videosu çəkdirib sosial şəbəkədə yaydırmaqla öz korrupsuya əməllərinin üstünü ört-basdır etmək istəyir.

Ancaq görünən dağa nə bələdçi. Yazılanlar hamısı göz qarşısındadır.

Düzdür ölkədə təhsilə nəzarət güclüdür diqqət edilir, tədbir görülür. Ancaq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən korrupsiya əməlləri yoxlanılmır. Hazırda kollecdə bir neçə vaxtdır maliyyə yoxlaması aparılır. Ancaq zərurət var ki, tələbələrin bilik səviyyəsi yoxlanılsın.Belə olarsa məktəbdə korrupsiyanın miqyası bəlli olacaq.

Xahiş edirəm nazirlik səviyəsində yoxlama ayrılıb Göyçaya ezam olunsun, kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi tam hərtərəfli və obyektiv yoxlanılıb, ciddi tədbir görülsün”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...