”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki..." - Şamaxıda inşa edilən otel kimindir?

”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki..." -
Şamaxı rayonu Priqulu kəndində, rəsədxana yaxınlığında tikilən 5 ulduzlu otellə bağlı qalmaqal yaşanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə otelin tikintisində iştirak edən fəhlələr onların zəhməthaqqının verilməməsindən şikayətlənir. Sözügedən tikintidə çalışan Qobustan rayon Bədəlli kənd sakinləri Ağamir Baloğlanov, Fazil Bədəliyev, Cəlal Nuriyev, Qəribağa Baloğlanov, Heybət Hacatov aylarla fasad işləri görsələr də zəhməthaqqılarını almadıqlarını bildiriblər. Fəhlələr onlara 6 min manat borc olduğunu deyir.

Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə tikintinin iş icraçısı Əliyev Namiq Firudin oğlu fəhlələrlə rəsmi müqavilə bağlamaqdan imtina edib. Özünü Müdafiə Sənayesi Nazirliyinin rəsmisi kimi təqdim edən bu şəxs rəsmi müqavilə olacağı halda vergi ödənəcəyini bildirərək baş vermiş qanun pozuntusunu əhəmiyyətsiz sayıb:”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki, ona heç kim söz deyə bilməz”.

Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə qalmaqallı obyekt böyük kapitala sahib bir oliqarxa məxsusdur. Müəyyən dəqiqləşdirmədən sonra şəxs haqqında və bu ərazinin özəlləşdirilməsi, digər mübhəm məqamların Əmlak Komitəsi ilə bağlılığı haqda ətraflı məlumat verəcəyik.


”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki..." -
”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki..." -
”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki..." -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...