Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları maaş üzünə həsrət qalıb…

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları maaş üzünə həsrət qalıb…
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində olan 6 rayondan 5 rayonun məktəblərində məktəbəhazırlıq qrupunun müəllimləri fevral ayının 12-i olmasına baxmayaraq hələ də əməkhaqqı almayıblar.

Gəncə, Goranboy, Samux, Daşkəsən, Naftalan şəhər və rayonları, necə olur ki, respublikada yerləşən şəhər və rayonların nəzdində yerləşən bütün məktəblərin məktəbəhazırlıq qrupunun müəllimləri əməkhaqqı ala bilir, yalnız Gəncə-Daşkəsən RTİ-nin 5 rayonu ala bilmir.


Çünki Gəncə-Daşkəsən RTİ-ni İdarənin şefi Gülnar Hadıyeva idarə edir.

Onun bir sözü idarədə 2 ola bilməz. Belə ki, məktəbəhazırlıq qruplarının əməkhaqqı sifarişini Nazirliyə təqdim etdikdə 0 rəqəminin birini əskik vermiş, ayrılan pul yalnız Göygöl rayon məktəblərinə çatmışdır.

İdarənin şefi Gülnar Hadıyeva yəqin ki, rayon sektorlarının müdirlərinə tapşırıq vermiş ki, müəllimləri sakitləşdirsinlər.

Söz-söhbət yuxarılara gedib çatmasın.

Amma sən saydığını – say G. Hadıyeva biz oyağıq.

Gəncə- Daşkəsən region İqtisadi maliyyə sektorunun müdiri G. Hadıyeva idarəçilik də, buraxdığı nöqsanlar pik həddədir, lakin bu xanımınqaşın üstə qara deyən yoxdur.

Görəsən Gülnar Hadıyevanın bu hərəkətinə idarə rəhbərləri nədən göz yumaraq susur.

Bəlkə, bu tapşırıq Gəncə -Daşkəsən Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin təşəbbüsüdür.

Goranboy rayon sakininin müraciəti əsasında dərc olunubdur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...