Muxtar Babayevin ağac əkdiyi ərazi otlaq sahəsinə çevrilib - VİDEO

Muxtar Babayevin ağac əkdiyi ərazi otlaq sahəsinə çevrilib -
2021-ci ildə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə əkilən ağcaqayın və görüş ağaclarının hamısı quruyub.


AFN.az xəbər verir ki, bu barədə “EkoNəzarət” adlı internet TV-də məlumat verilib. Bildirilir ki, Yardımlı rayonunda nazir M.Babayevin iştirak etdiyi ağacəkmə kampaniyası çərçivəsində təxminən 1 hektar ərazidə əkilən tinglər baxımsızlıq ucbatından quruyub: “11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Nəsimi Nəsibovun yarıtmaz fəaliyyəti nəticəsində həmin ərazi mal-qara otlağı sahəsinə çevrilib. Həmin əraziyə təxminən 1 kilometr məsafədən su sistemi çəkilmişdi, ağaclara qulluq olunmuşdu və demək olar ki, hamısı bitmişdi. Əfsuslar olsun ki, bu gün suvarma üçün olan şlanklar yoxdur, ağaclar yoxdur, ərazi mal-qaranın tapdağındadır. Dövlət vəsaitləri beləcə göyə sovrulur ”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov AFN.az-a bildirdi ki, Yardımlı rayonunun Bərican kəndi yaxınlığında dağlıq ərazidə əkilmiş tinglərin bir hissəsi dağlıq ərazidə ağır torpaq şəraiti səbəbindən quruyub: “Tinglərin əvəzində bu ilin yaz mövsümündə yerli bitmə
şəraitinə uyğun ağac tinglərinin əkilməsi nəzərdə tutulub. Hazırda ərazinin mal-qaradan və digər kənar təsirlərdən mühafizəsi məqsədilə tədbirlər görülür”.

Video burada İZLƏYƏ BİLƏRSİNİZ





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...