Yeni nazir gəldi, çəkiliş təxirə düşdü: "Atabəylər" niyə yubanır?
Azərbaycan tamaşaçılarının həsrətlə gözlədiyi "Atabəylər: Şəmsəddin Eldəniz" serialının çəkilişi müəyyən səbəblərə görə təxirə salınıb.
Bu barədə Qaynarinfo-ya sözügedən ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyev deyib.
Yazıçı bunun əsas səbəbinin Mədəniyyət Nazirliyi ilə əlaqələndirib:
"Biz bu layihəni əvvəlki mədəniyyət naziri Anar Kərimovla həyata keçirirdik. Elə oldu ki, Anar Kərimov vəzifədən çıxarıldı. Yeni nazir Adil Kərimli təyin olundu. "Atabəylər" serialına yeni nazir Adil Kərimli tərəfindən müsbət rəy verilməyib. Biz də indi gözləmə mövqeyindəyik. Yeni nazirin kino sahəsinə diqqəti və marağı böyükdür. Ancaq layihənin təkrar işlənməsi və maliyyə mənbəyi göstərilməlidir. Bu, tarixi serialdır, hədsiz dərəcədə maliyyə tələb edir. Nazirliyə də həmin investisiyanın kim tərəfindən qoyulmasını təqdim etmək lazımdır".
Varis Yolçuyev qeyd edib ki, nazirlik filmin çəkilişindən tam imtina etməyib, amma çəkilişinə razılıq da verilməyib:
"Filimin maliyyəsinin 50%-ni qarşılıqlı şəkildə öz üzərlərinə götürürdülər. Anar Kərimovun dövründə belə söhbətlər gedirdi. Nazir çıxarıldı deyə bütün planlar alt-üst oldu. Bununla bağlı Türkiyədən rejissor da gətirilmişdi. Bundan əlavə, Türkiyənin məşhir kino şirkətlərindən biri də Bakıda olub. Əsas deyil, köməkçi rollara oyanayacaq aktyorların seçim turu da baş tutmuşdu. Çox işlər görülüb. Pavliyonlar da quruldu. Amma bu gün ortada film deyilən nəsə yoxdur, nəticəni gözləyəcəyik".
467 dəfə oxundu