Bakının bu məktəbində “fond pulu” YIĞILIR – Komitə sədrinin SƏSYAZISI – VİDEO

Bakının bu məktəbində “fond pulu” YIĞILIR –
Bakıda daha bir məktəbdə valideynlərdən yığılan “fond pulu” narazılıqlara səbəb olub. Söhbət Sabunçu rayonu 310 saylı orta məktəbin 5 “E”sinfindən gedir. Valideyn komitəsinin sədri yaratdığı “Whatsapp” qrupunda hər şagirddən 10 manat məbləğində pul tələb edir. Hər bir valideyni “fond pulu”nu verməyə məcbur edən komitə sədri yığılan vəsaitin printer üçün kağıza və xadiməyə veriləcəyini bildirir.

Bu barədə Bizim.Media-ya narazı valideynlər müraciət edib. Həmçinin faktla bağlı səsyazıları təqdim ediblər.

Səsyazıda “fond pulu” ilə yanaşı artıq geridə qalan müəllimlər günüilə bağlı da hər şagirddən 30 manat pul yığıldığı qeyd olunur.

Valideynlərin bildirdiyinə görə məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. İddialarına görə, pulun yığılmasını məktəb rəhbərliyi tələb edir.

Məsələ ilə bağlı 310 saylı məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Rəsmiyə Quliyeva Bizim.Media-ya açıqlamasında “fond pulu” və digər məsələlər üçün pul yığılmasından xəbərsiz olduğunu bildirib:

“Mən heç bir sinifdən pul tələb etmirəm. Məktəbə heç nə lazım deyil. Nə lazımdırsa var. Bu gün araşdıracağam görüm nə məsələdir, niyə pul yığılır? Çünki biz heç kimdən nə “fond pulu”, nə də başqa bir şey tələb edirik. Müəllimlərlə iclaslarda və valideynlərlə görüşdə də demişəm ki, məktəbdə printer və kserks aparatı var, mən lazımdırsa, gəlin həll edək”.

Direktor əlavə edib ki, elə bu gün valideynlərdən pul tələb edən sinif rəhbəri barəsində tədbir görəcək.

Qeyd edək ki, sözügedən məktəbin adı bundan əvvəl başqa bir qalmaqalda da çəkilib. Belə ki, həmin məktəbin müəllimi Leyla Niyazovanın 4-cü sinif şagirdini döyməsi iddia edilmişdi.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...