Vüqar Qurbanovun yüksək vəzifə verdiyi baş həkimə cinayət işi açılıbmış (FOTO)

Vüqar Qurbanovun yüksək vəzifə verdiyi baş həkimə cinayət işi açılıbmış
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun yüksək vəzifə verdiyi xanım baş həkimə cinayət işi açılıbmış.

Qaynarinfo-nun məlumatına görə, Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru, baş həkimi 1985-ci il təvəllüdlü Güllü İbadova isə Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini təyin olunub.

Güllü İbadova Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaqda ittiham olunub.

Barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilib.

Güllü İbadova 2017-2020-ci illər ərzində ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsati mənimsəyib.

O, məhkəmə prossesinə kimi Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat ödəməsi məlum olub. Ona görə də zərərçəkmiş Səhiyyə Nazirliyinin nümayəndəsi onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etməyib.

İki həftə əvvəl məhkəmənin qərarı ilə, Güllü İbadova barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunub.
Vüqar Qurbanovun yüksək vəzifə verdiyi baş həkimə cinayət işi açılıbmış

Güllü İbadova 2011-2017-ci illərdə Sumqayıt Oftalmoloji Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləmiş, 2017-ci ilin aprel ayında Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. 2020-2021-ci ildə "Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. Baş həkim və direktor kimi vəzifələrinə xəstəxananın idarə olunması, səhiyə işinin təşkili, işçilərə nəzarət və digər bu kimi inzibati işlərə rəhbərlik edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...