Nazirliklə keçmiş əməkdaşı arasındakı yarım milyonluq qalmaqal davam edir – İş Ali Məhkəmədədir
Nazirliklə keçmiş əməkdaşı arasındakı yarım milyonluq qalmaqal davam edir – Tural Alışanlı Ali Məhkəməyə müraciət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsəd olan keçmiş əməkdaşı Tural Alışanlı Ali Məhkəməyə kassasiya şikayəti verib.
Qaynarinfo xəbər verir ki, onun şikayəti hakim Şahin Yusifovun icraatındadır.
5 mart 2024-cü ilə tarixə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Tural Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddələsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi onun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
İstintaqla müəyyən edilib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci ildə “TUA TT” MMC yaradıb. Öz qulluq mövqeyindən istifadə edərək dövlət vəsaitini talama məqsədi ilə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün ümumilikdə 13 ədəd 3 otaqlı fərdi evlərin tikintisi ilə bağlı tenderdə iştirak edib.
Tenderdə həmin evləri 893 min manata tikməklə bağlı təklifi ilə qalib elan edilib, Nazirliklə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli müqavilə üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi öhdəliyi götürüb. Lakin ona ödənilən 893 min manat dövlət büdcəsi vəsaitinin az bir hissəsini fərdi evlərin tikilməsinə xərcləyib.
Məlum olub ki, Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin təmir tikinti işlərinin başa çatdırılması üçün 515 min manat məbləğində vəsait tələb olunur.
Beləkiklə, Tural Alışanlı həmin vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu ilin martında ona hökm oxunub.
519 dəfə oxundu