78 yaşlı qayınata gəlinini güllələdi, indi isə...

78 yaşlı qayınata gəlinini güllələdi,


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini gülləyərk öldürməkdə təqsirli bilinən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.

Qeyd edək ki, qətl hadisə 25 iyul, 2015-ci ildə Qusar rayonu, Avaran kəndində baş verib. Kənd sakini Amanxan Nəcəfov gəlini, 38 yaşlı Sevinc Məmmədovaya ov tüfəngindən atəş açaraq onu qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...