Beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyin rəhbəri İnterpol xətti ilə axtarışa verilib FOTOLAR

Beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyin rəhbəri İnterpol xətti ilə axtarışa verilib


Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 45 yaşlı Rəşad Axundov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən R. Axundov “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyinin rəhbəri olub. Azərbaycan mətbuatında dəfələrlə R. Axundovun “Vəhabi” təriqətinin üzvləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumatlar yayılıb.

Hələ 2014-cü ildə “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyində MTN və Vergilər Nazirliyi birgə əməliyyat keçirib. Əməliyyat zamanı nümayəndəliyin rəhbəri R. Axundov saxlanılıb, bir gün sonra isə sərbəst buraxılıb.

Adıçəkilən xeyriyyə təşkilatı 1979-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib. Təşkilat 1994-cü ildə Azərbaycanda nümayəndəliyini açıb.


Beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyin rəhbəri İnterpol xətti ilə axtarışa verilib
Beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyin rəhbəri İnterpol xətti ilə axtarışa verilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...