Saxta 100 manatlıqla benzin alan cəlilabadlı tutuldu

Saxta 100 manatlıqla benzin alan cəlilabadlı tutuldu


Masallıda saxta pulla alver edən şəxs tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...