Azərbaycanlı kriminal avtoritet Rusiyada qəddarlıqla öldürüldü
Rusiyada azərbaycanlı kriminal avtoritet qətlə yetirilib. Voronej şəhərində yerləşən "Lesnaya skazka" adlı kafedə Azərbaycandan olan 37 yaşlı kriminal avtoritet odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Azərbaycanlının qatilinin axtarışları davam etdirilir. Rusiya İstintaq Komitəsinin Voronej üzrə İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qətlin necə törədildiyi və azərbaycanlı kriminal avtoritetin kimliyi barədə ətraflı məlumat verilmir. “RİA Voronej" saytı azərbaycanlı kriminal avtoritetin həmyerliləri ilə aralarında baş verən gərginlik nəticəsində qətlə yetirilməsi haqqında məlumat yayıb. Bildirilib ki, hadisənin baş verdiyi kafedə azərbaycanlı kriminal avtoritet mübahisəli məsələni həll etmək üçün həmyerliləri ilə görüşüb. Kafenin ehtiyat çıxışından çıxan zaman ona atəş açılıb. Sonra isə onun sifəti və başı tanınmaz hala salınıb. Qatillər hadisə yerindən öz avtomobilləri ilə uzaqlaşıblar (APA).
1229 dəfə oxundu