Dini ekstremistlər vətəndaşlıqdan çıxarılacaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az-ın məlumatına görə, layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilir.
Ə. Hüseynli qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1), Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnacək.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
1094 dəfə oxundu