Sabirabadda 23 yaşlı qadın zəhərlənərək ölüb

Sabirabadda 23 yaşlı qadın zəhərlənərək ölüb


Sabirabadda 23 yaşlı qadın ölüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Zəhra Zaur qızı bu gün səhər saat 6.00 radələrində ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili yardım göstərilsə də, o, bir neçə dəqiqədən sonra keçinib.

Z. Məmmədovanın dərman zəhərlənməsindən öldüyü ehtimal olunur.Ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Şirvan şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə təhvil verilib. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1077 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...