Nazirlik İnstitut barədə prokurorluğa şikayət göndərdi

Nazirlik İnstitut barədə prokurorluğa şikayət göndərdi

Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbiri həyata keçirib.

ONA-nın xəbərinə görə, nəzarət tədbirləri 1 yanvar 2014 – 1 noyabr 2017-ci il tarixlərini əhatə edib.

Aparılan yoxlamalar zamanı 370 min manat məbləğində artıq ödəniş aşkarlanıb. Nəzarət tədbiri dövründə bu vəsaitin yalnız 7 min manatının dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...