Tanınmış ekstrasensin meyiti tapıldı - Bakıda

Tanınmış ekstrasensin meyiti tapıldı -


Bakıda tanınmış ekstrasensin meyiti tapılıb. Hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyitini dostu aşkarlayıb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.

Bildirilir ki, ekstrasens xeyli vaxt imiş ki, mədəsindən şikayətlənirmiş. Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub. Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi.

Bakıda tanınmış ekstrasens Timur Nəsirovun ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. 29 yaşlı ekstrasens xeyli müddət əvvəl hər iki valideynini itiribmiş. Son illərdə bir neçə dəfə ailə quran və bütün izdivacları uğursuz olan ekstrasens Yeni Günəşlidə dostunun evində qalırmış. Ailəli olan dostu, Timura bir çox məsələlərdə dəstək olurmuş.

Bildirilir ki, dünən özünü narahat hiss edən T.Nəsirova tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma da müraciət edilib. Lakin artıq gec olub və gənc ekstrasens vəfat edib. Qeyd edək ki, T.Nəsirovun birinci evliliyindən 5 yaşlı oğlu qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...