Moskvada azərbaycanlı 13 il əvvəl törətdiyi qətlə görə güllələnib
Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunda 2 ay əvvəl həbsxanadan çıxmış 53 yaşlı Azərbaycan vətəndaşı Yusif Gebeyev güllələnib.
APA-nın “Peterburqskaya qazeta”ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 12-də baş verib. Y. Gebeyevin yanından keçən “Renault Duster” markalı avtomobildən naməlum şəxs ona atəş açıb. Nəticədə Y. Gebeyev hadisə yerində ölüb. Sənədlərinə baxan zaman onun 2 ay əvvəl Lipetskdəki həbsxanadan azad edildiyi məlum olub.
Polis müəyyən edib ki, 53 yaşlı azərbaycanlının qətli 13 il əvvəl törətdiyi cinayət hadisəsi ilə bağlıdır. 2003-cü ildə Moskvada pərakəndə satışa nəzarət edən və ərazi bölgüsü ilə bağlı danışıqlar aparan 33 yaşlı azərbaycanlı avtoritet Şamil Məmmədov qətlə yetirilib. Onun yerli avtoritetin sifarişini yerinə yetirən killer tərəfindən əvvəlcə boynuna bıçaq zərbəsi endirildiyi və ardınca "Makarov" tipli silahla güllələndiyi aydınlaşıb. Hadisədə şübhəli bilinən Yusif Gebeyev saxlanılıb və məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilib.
997 dəfə oxundu