Beyləqanda 6 yaşlı oğlunun başını kəsərək qətlə yetirən ata tutulub

Beyləqanda 6 yaşlı oğlunun başını kəsərək qətlə yetirən ata tutulub


Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib. Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib. Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş. Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...