Qaçaq yolla Türkiyəyə 33 kiloqram qızıl aparmaq istədilər - ələ keçdilər

Qaçaq yolla Türkiyəyə 33 kiloqram qızıl aparmaq istədilər -


Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycandan bu ölkənin ərazisinə qaçaqmalçılıq yolu ilə 33 kiloqramdan artıq çəkisi olan xalis qızıl külçələrin keçirilməsinin qarşısını alıb.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşlarının avtomobilindən 33 kiloqram 576 qram çəkidə 39 ədəd qızıl külçə ələ keçirilib.

Adları açıqlanmayan 30 və 32 yaşlı Azərbaycan vətəndaşları istintaqa cəlb olunublar. Dindirilmə zamanı onlar bildiriblər ki, Azərbaycanda zərgərliklə məşğul olublar. Qızıl Türkiyəyə gətirilməsinə gəlincə, onların sözlərinə görə, qonşu ölkədə qızılın qiymətinin yüksək olması onları bu addımı atmağa sövq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...