Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb

Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb


Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. APA-nın məlumatına görə, bu barədə R. Səfərov “facebook” sosial şəbəkəsində status paylaşıb. R. Səfərov barəsində yenidən həbs-qətimkan tədbirinin seçiləcəyini gözlədiyini bildirib.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...