"SOCAR Turkey Energy" rəhbərinin kredit kartından 80 min manat oğurlanıb

"SOCAR Turkey Energy" rəhbərinin kredit kartından 80 min manat oğurlanıb


"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

"APA-Economics"in Türkiyənin "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, K. Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: "Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib".

K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib. Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar. Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...