Bakıda ana və körpəsini maşın vurdu

Bakıda ana və körpəsini maşın vurdu


Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Aysel Əliyeva qucağında körpə uşağı ilə birlikdə “Mercedes” markalı maşına əyləşmək istəyərkən arxadan gələn avtomobil piyadaların oturmaq istədiyi maşına çırpılıb. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü Vüsal Əhmədov, piyada Aysel Əliyeva və körpəsi – Abbas Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
A.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Qəza səbəbindən Sabunçu-Zabrat yolunda tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...