Azərbaycanda yol qırğını davam edir: 5 ölü, 11 yaralı

Azərbaycanda yol qırğını davam edir:


Ölümlə nəticələnən qəzalar rayonlarda qeydə alınıb. Həftənin ilk günü ərzində Azərbaycanın müxtəlif yerlərində ağır yol qəzaları baş verib. Lent.az-ın məlumatına görə, fevralın 8-də respublika yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər dünyasını dəyişib, daha 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Ölümlə nəticələnən qəzaların hamısı rayonlarda baş verib. İmişlidə ov edən ərəblərin olduğu "Toyota"nın kanala aşması nəticəsində 2 nəfər ölüb. Zaqatala, Balakən və Cəlilabadda baş vermiş qəzaların hər birində isə 1 nəfər ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...