DİN əcnəbilərin İmişlidə kanalda boğulması ilə bağlı məlumat yayıb

DİN əcnəbilərin İmişlidə kanalda boğulması ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunda xarici vətəndaşların kanalda boğulması ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də saat 20.00 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü “Toyota” markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb. Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...