Çovdarovdan alınan “Vasmoy bazarı”na görə yenə məhkəmə olacaq
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə edilmiş 8-ci kilometr bazarı haqda yenidən məhkəməyə müraciət edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şikayət bazarın keçmiş sahiblərindən olan Çingiz Əsədov tərəfindən təqdim olunub.
Ç.Əsədov iddia edir ki, “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzi zorla onun əlindən alınıb, mükiyyət hüququ pozulub. O, maraqlı şəxs kimi işə qoşulub.
Maraqlı şəxs bu dəfə Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından narazıdır. Həmin qərarda onun şikayəti rədd edilib, sözügedən bazar da daxil olmaqla Akif Çovdarovun müsadirədən azad olunmuş əmlakları yenidən dövlət nəfinə alınıb.
Şikayətə Ali Məhkəmədə baxılacaq.
Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı birinci instansiya məhkəməsinin müsadirə qərarını qüvvədə saxlayıb.
533 dəfə oxundu