İki Azərbaycan vətəndaşı 1 milyona yaxın Venesuela pulu ilə tutuldu
Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” areroportunun gömrük xidməti qanunsuz yolla ölkə ərazisin yarım milyon dollardan çox Venesuela pulu-bolivar keçirən iki Azərbaycan vətəndaşını saxlayıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Şimal-Qərb gömrük idarəsi Azərbaycan vətəndaşlarının İstanbul reysi ilə gəldiklərini açıqlayıb. Onlar gömrük baxışından keçmək üçün yaşıl zonanı seçiblər. Lakin sərnişinlərin əl yükünə baxış zamanı onlardan birində 379 min 200 Venesuela bolivarı aşkar edilib. Daha sonra digər sərnişinin əl çantasına baxış keçirilib və onun çantasında gömrükdə bəyan edilməmiş 511 min 700 bolivar aşkarlanıb.
Rusiya qanunlarına görə ölkə ərazisində gömrükdə bəyan etmədən 10 min dollardan artıq xarici valyuta keçirmək olmaz. Azərbaycan vətəndaşlarının üzərində aşkar olununan Venesuela milli valyutası isə indiki kursla cəmi 142 min dollar edir. Beləliklə, Azərbaycan vətəndaşları icazə veriləndən 10 dəfədən çox xarici valyutanı Rusiya ərazisinə keçirdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində cinayət işi qaldırılıb.
1114 dəfə oxundu