“Əsas odur ki, o popkornu oradan yığışdırdılar” - Rasim Musabəyov

“Əsas odur ki, o popkornu oradan yığışdırdılar” -
Deputat Rasim Musabəyov popkorn satan uşaqla bağlı statusuna görə onu tənqid edənlərə cavab verib.

R. Musabəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kim istəyirsə tənqid edib irad tuta bilər: “Bu, insanların öz fikridir. Ancaq tam əksəriyyət mövqeyimi dəstəklədi. 100 nəfərə yaxın şəxs statusumu paylaşdı. Həmin statusdan sonra 200 nəfər izləyicim əlavə olundu. 100 nəfər isə dostluq müraciəti göndərdi. İnsanlar bir az fərqli düşünür. Əsas odur ki, o popkornu oradan yığışdırdılar”.

R. Musabəyov həmçinin statusunu rus dilində yazmasına görə tənqid edilməsinə də münasibət bildirib.

O qeyd edib ki, dostluğunda olan şəxslərin əksəriyyəti rusdillidir: “Azərbaycanca yazanda reaksiya çox az olur, rus dilində yazanda isə reaksiyalar artır. Bu statusdur, burada nəsə axtarmağa dəyməz. Qanun layihəsidir bu?!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...