“17 yaşlı qız ilə 37 yaşlı kişi könüllü razılaşma yolu ilə nişanlanıb” – DİN

“17 yaşlı qız ilə 37 yaşlı kişi könüllü razılaşma yolu ilə nişanlanıb” –
Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir.
Qeyd olunur ki, bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı kişi ilə toyu olub.
Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin məktəbli 6-cı sinifdən məktəbə gəlmir və bu hal iki il davam etdiyi üçün o, məktəbdən çıxarılıb.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib:
“Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar”.
Qeyd olunub ki, faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...