FHN-nin dəstə rəisi işdən niyə çıxarılıb? (İDDİA)

FHN-nin dəstə rəisi işdən niyə çıxarılıb?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Toğrul Məmmədov işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb kimi rəhbərliklə aqressiv davranış, geyim formasını pozması, şəxsi avtomobilini deponun qarşısında saxlamaqla yanğınsöndürən maşınların giriş-çıxışına manel olması göstərilib.

Toğrul Məmmədov isə bu ittihamlarla razılaşmayaraq məhkəməyə müraciət edib. O, Bakı İnzibati Məhkəməsində FHN-ə qarşı işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. İşə hakim Bəhlul Cəlalovun sədrliyi ilə baxılıb.

Məhkəmə prosesində də Torğul Məmmədovun işdən çıxarılması kimi yuxarıda qeyd etdiklərimiz göstərilib. İddiaçı isə deyilənlərin əsassız olduğunu bildirib.

Bununla belə, Toğrul Məmmədovun iddiasını təmin edilməyib. Lakin onun geri çəkilmək niyyətində olmadığını, qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.

Bayram günləri olduğundan məsələ ilə bağlı FHN-dən mövqe öyrənmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...