Sən bizimsən, bizimsən - Azərbaycan adam doğum günün kutlu olsun

Sən bizimsən, bizimsən -
"Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Bu fikirlər Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadənin 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabından götürülüb.
O Məhəmməd Əmin ki...

Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin ad günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.
Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.

Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyətiolur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır.

Bu illərdə o, Almaniyada "İstiqlal” qəzetini, "Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində "Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə

Minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır.
İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə” proqramına dəstək verir, "Amerikanın səsi”, "Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu "Əsri” məzarıstanlığında dəfn ediblər.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən
Son olaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.Amma bu ötən zaman ərzində böyük Azərbaycan sevdalısını unudulmayıb! Bir kərə yüksələn bayraq bir daha enməz!Bəli, vətəni böyük şəxsiyyət M.Ə. Rəsulzadə qədər sevən hər kəs inanır ki, o bayraq enməyəcək! Hətta bir gün işğal olunmuş Qarabağda, İrəvanda, Zəngəzurda, Vedidə dalğalanacaq!İnanırıq ki, o vaxt ruhun şad olacaq! Ruhun şad olsun!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...