Ermənilər İlham Əliyevin çıxışından sonra təşvişə düşüb

Ermənilər İlham Əliyevin çıxışından sonra təşvişə düşüb
Prezident İlham Əliyevin Şuşadakı çıxışı bütün regionda ciddi rezonansa səbəb olub, xüsusilə Ermənistan və İranda. Ermənistan mediası Əliyevin çıxışının regionda yeni status-kvonun qurulmasının mesajı olduğunu qeyd edir.

“İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı Ermənistanın siyasi və ictimai dairələrində növbəti dəfə fırtına yaratdı”.

Gundeminfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Nəşr iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini açmağa və 3 ildən sonra Rusiya sülhməramlılarından imtina etməyə hazırlaşır.

“Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll ediləcəyini rəsmiləşdirəcək müqavilə ilin sonuna qədər Tbilisidə imzalana bilər. Paşinyan isə “Rusiya variantı”nı seçdiyini açıqlamaqla erməni ictimaiyyətinin gözünə “kül üfürür”. O, sülh müqaviləsində “Qərb variantı”nı seçib, Soçiyə getməsi və bəyanatın altına imza atması isə özünə haqq qazandırmağa hesablanıb. Sonradan deyəcək ki, “gördünüz, Rusiya və Putin Qarabağı qoruya bilmir”. Əliyevin çıxışı isə Qarabağda yeni anti-terror əməliyyatlarının ola biləcəyinə işarədir. Prosesin bu istiqamətdə inkişafı Qarabağdan canını qurtarmaq istəyən Paşinyanın da marağındadır”, - nəşr yazır. //Publika.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...