Kürd lideri Mloskvada Lavrov qəbul edəcək

Kürd lideri Mloskvada Lavrov qəbul edəcək


PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfərə gəlib. APA-nın verdiyi xəbərə görə, Dəmirtaşın bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparması nəzərdə tutulub. Agentliyin məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Dəmirtaşın Rusiyaya səfərini sərt tənqid edərək, onu “Türkiyənin problemi olanlarla” əməkdaşlıq etdiyinə görə qınayıb.

Rusiya XİN-dəki mənbə “RİA Novosti”yə Səlahəddin Dəmirtaşın bu gün Lavrovla görüşəcəyini təsdiqləyib. Qeyd edək ki, Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcəyini barədə mətbuata ötən həftə açıqlama vermişdi. “Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq”, - deyə S. Dəmirtaş bildirmişdi. Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...